14 
Noy
2019
11:43
24
269
2676
Virtual karabakh

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - RƏSMİ

14 Noy, 2019
11:43
2676

Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qurumun özəlləşdirilməsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o deyib ki, bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır:

“Bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır. Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz.

Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən, biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşdirməyə çıxarmağı düşünürük”.

İ.Mirzəliyev istiliklə bağlı tariflərin artırılmasından da danışıb:

“Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri