Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Oxu.Az işıqlandırdı, məcburi köçkünlərin yol problemi həllini tapdı - FOTO
Ötən ay Qax rayonunun Əmircan kəndində məcburi köçkünlərin yaşadıqları ərazidə yolsuzluq problemi ilə bağlı xəbər vermişdik.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, xəbərdən sonra aidiyyəti qurumlar tərəfindən məsələyə reaksiya verilib və çay üzərində keçid salınıb.
Məcburi köçkün Rauf Ağalarov bildirir ki, 90-cı illərdən Əmircan kəndində yaşayır. Əvvəllər onların yaşadıqları əraziyə gedən yolda axan çay üzərində körpü olub. Daha sonra körpü dağılıb və bu günə kimi hərəkət yalnız çaydan keçməklə mümkün idi.
Çaya bol su gəldikdə sakinlərin kəndlə əlaqəsi, demək olar, kəsilirdi:
“Artıq 20 gündən çoxdur ki, hamımız asanlıqla evlərimizə gedib-gələ bilirik. Çay yatağına boru salınıb, üzəri çınqılla örtülüb. Avtomobillərin rahat hərəkəti üçün həmin əraziyə çınqıl və torpaq tökülüb. Ağır texnikalar vasitəsilə yol hamarlanıb”.
Rəylər