2020-ci ildə altı “DOST” Mərkəzinin açılması planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, iki aydan sonra Bakıda üçüncü “DOST” Mərkəzi fəaliyyətə başlayacaq:
“Bu il Quba, Şəki, Bərdə, Sabirabad Abşeron rayonlarında, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində “DOST” mərkəzlərinin açılması üzrə işlər davam etdiriləcək. Ən azı altı mərkəzin istifadəyə verilməsi planlaşdırılır”.
“Ölkə üzrə Bakıda beş, regionlarda isə 26 “A” kateqoriyalı “DOST” Mərkəzi fəaliyyət göstərəcək”, - deyə S.Babayev qeyd edib.
İlhamə Əbülfət
Rəylər