20 
Fev
2020
17:15
406
44
3344
Virtual karabakh

MSK sədri: “Kimin əlində fakt varsa, sosial şəbəkələrə yerləşdirsin”

20 Fev, 2020
17:15
3344

MSK sədri: “Kimin əlində fakt varsa, sosial şəbəkələrə yerləşdirsin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kimin əlində qanun pozuntusu ilə bağlı faktlar, görüntülər varsa, sosial şəbəkələrdə yerləşdirsin”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

“İddialarınızın dəqiqliyindən əminsinizsə, həmin faktları sosial şəbəkələrə qoyun. Bütün ölkə də görsün ki, qanun pozuntuları olub”, - deyə M.Pənahov bildirib.

M.Pənahov onu da əlavə edib ki, seçkilərlə əlaqədar sosial şəbəkələrə 385 görüntü yerləşdirilib.

“Kim əlindəki faktları sosial şəbəkələrə yerləşdirməyibsə, bizdə əminlik yaranacaq ki, məntəqələrdə pozuntu halı olmayıb”, - deyə MSK sədri qeyd edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri