Apr
2020
17:33
572
519
91933
Virtual karabakh

İşsizlərə birdəfəlik ödəmə icaze.e-gov.az-la qeydiyyata alınır? - RƏSMİ AÇIQLAMA

6 Apr, 2020
17:33
91933

İşsizlərə birdəfəlik ödəmə icaze.e-gov.az-la qeydiyyata alınır? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsilə qeydiyyatın aparılması barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Oxu.Az-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

“Müvafiq qeydiyyat prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsilə həyata keçirilir. İcaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərəkətlərinin təmin edilməsi məqsədilə onlar üçün icazənin alınmasını təmin edir”.

“Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri