Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baş Prokurorluqdan DTX-nin Sərhəd Xidmətindəki əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
E.Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq keçirilən əməliyyatı təsdiqləyib.
O bildirib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
Könül Cəfərli
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- 45 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
- Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR
- Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ
Rəylər