Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hansı xəstəxanalarda çalışan həkimlərin COVID-19-a yoluxduğu bilindi
“Koronavirusa yoluxanlar arasında həkimlərimiz də var. Xəstələri süni tənəffüsə qoşmaq çətin prosesdir. Bu zaman xəstələrdən ətrafa aerozol formasında virus yayılır və həkimlərimiz yoluxur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Tibb Universitetinin Tədris-terapevtik korpusunda çalışan həkim, həmçinin, Ağciyər Xəstəlikləri İnstitutunda çalışan həkimlərdən koronavirusa yoluxanlar var”.
“Həkimlərin ailə üzvlərindən də yoluxanlar olub. Tibb işçilərinin arasında xəstəlik ağır keçir. Çünki onların xəstələrin arasında olması yüksək dozada virusun qəbul olmasına şərait yaradır”, - deyə, R.Bayramlı əlavə edib.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər