Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
“İstər nəqliyyat vasitələrində, istərsə də havalandırma sistemi olan yerlərdə hava içəridə sirkulyasiya edirsə, bu cihazların fəaliyyəti məhdudlaşdırılmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, belə olan halda virusun yayılma sürəti artır:
“Bu barədə Bakı Nəqliyyat Agentliyi ilə fikir mübadiləsi aparılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu dövrdə deyilik”.
“Havalar isindikcə bu barədə də qərar qəbul ediləcək”, - deyə, R.Bayramlı əlavə edib.
İlhamə Əbülfət
Rəylər