Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? - RƏSMİ
“Növbətçi apteklər xüsusi karantin rejimində işləməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Hər kəs xroniki xəstəliyini bilir. Həmin dərmanları əldə etsinlər. Ağrıkəsiciləri, hərarəti aşağı salan preparatları hər kəs ala bilər. Ötən həftə bununla bağlı ciddi problem yaşamadıq.
Bununla bağlı təcrübəmiz var. Hər hansı müraciət olarsa, təcili yardım xidməti sui-istifadə halına yol vermədən öz dəstəyini göstərəcək”, - deyə sədr bildirib.
İlhamə Əbülfət
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər