Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İşləməsinə icazə verilən şəxslər avtomobillərində başqalarını apara bilməzlər - RƏSMİ
“Sərt karantin günlərində fəaliyyətinə icazə verilən qurumların əməkdaşları şəxsi avtomobillərində kənar şəxsləri apara bilməzlər”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, həmin şəxslər avtomobillərində öz ailə üzvlərini daşıya bilməzlər:
“Fəaliyyətinə icazə verilən şəxslər avtomobildə yalnız fəaliyyətinə icazə verilən şəxsləri daşıya bilərlər. Əks halda, qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar”.
Könül Cəfərli
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Kamran Əliyev: "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar"
- Baş prokuror hüquq-mühafizə orqanlarının tədbirdəki fəaliyyətindən danışıb
- Azərbaycanda keçmiş icra başçısının qohumu vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR
- Türkiyəli nazir: "Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir"
Rəylər