Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda koronavirusa yoluxma ən çox hansı bölgədə qeydə alınıb? - RƏSMİ
"Azərbaycanda koronavirusa yoluxanların 50,2 faizi paytaxt Bakının payına düşür".
Oxu.Az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Virusa ən çox yoluxma Bakı şəhərində qeydə alınıb. Yoluxma sayına görə ikinci yerdə 12,4 %-lə Gəncə-Qazax, 12,3 %-lə isə Abşeron rayonudur.
Ümumilikdə, virusa yoluxma Aran rayonlarında 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatala zonasında 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda isə 1,2 % təşkil edib. Koronavirusa yoluxan xəstələrin 54%-i qadınlar, 46%-i isə kişilərdir.
Ölkə üzrə ən az koronavirusa yoluxma isə 0,05 %-lə Naxçıvanda olub.
Könül Cəfərli
Rəylər