“Sərt karantin rejimi ilə bağlı 260 mindən çox şəxs haqqında məlumat icazə.e-gov.az-da yerləşdirilmişdi. Elə müəssisələr var idi ki, onlara məhdud sayda işçiləri qeydiyyatdan keçirmək şansı olsa da, bütün işçiləri qeydiyyatdan keçiriblər”.
Oxu.Az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Real” TV-nin efirində bildirib.
O, sosial şəbəkələrdə insanların guya rüşvət müqabilində postlardan rahatlıqla keçməsi ilə bağlı yayılan şayiələrə də açıqlama verib:
“Buradan əhaliyə müraciət edirik, əgər, həqiqətən, belə halla rastlaşıblarsa, həmin şəxsin adını, onun avtomobilinin dövlət qeydiyyat nişanını və həmin polisin kimliyini bizə bildirisinlər. Kimdəsə belə fakt varsa, bizə müraciət etsinlər.
Nə vaxt gəlib, saat neçədə keçib və həmin vaxt onu bizim hansı əməkdaşımız yoxlayıb. Konkret fakt olmasa, bu məsələni araşdırmaq çətindir. İndiyə qədər bir dənə də olsa, bizə belə fakt verilməyib.
Kimdə belə fakt varsa, qorxmadan, çəkinmədən bizə müraciət etsinlər. Fakt təsdiqini taparsa, həmin şəxs ciddi cəzalandırılacaq, daxil işlər orqanlarından xaric ediləcək, hətta həmin şəxs haqqında cinayət işi də başlana bilər”.
Sərt karantin günlərində rayonlara axın edənlər postları rüşvətlə keçib? - AÇIQLAMA + VİDEO
Rəylər