Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ramin Bayramlı: “Qısamüddətli qapanmalar zamanı aparılan müşahidələr...”
“Ölkədə modul tipli xəstəxanalar inşa edilib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalar bütün lazımi avadanlıqlarla təmin olunub:
“Ümumilikdə, modul tipli xəstəxanalarla birlikdə yeddi minə yaxın çarpayı fondumuz var. Lakin bu gün xəstələrin sayı beş minə yaxınlaşır. Ötən həftə ərzində uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün xüsusi hazırlıq aparılıb”.
R.Bayramlı əlavə edib ki, ötən həftə tətbiq edilən, eləcə də, qarşıdakı günlərdə həyata keçiriləcək iki həftəlik məhdudiyyətlər düşünülmüş şəkildə verilən qərarlardır:
“Qısamüddətli qapanmalar zamanı aparılan müşahidələr və onların yekunlarından əldə edilən nəticələr göstərdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi vacibdir”.
Könül Cəfərli
Rəylər