“Özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.
O bildirib ki, iş rejimindən asılı olaraq şəxslərin məhz iş rejiminə uyğun şəkildə şəxsi avtomobillərindən istifadəsi ilə bağlı məsələ müzakirə edilir:
“Bu məsələ operativ qərargahda müzakirə olunub və növbəti brifinqdə daha ətraflı məlumat veriləcək”.
Könül Cəfərli