29 
İyn
2020
11:39
34
160
7562
Virtual karabakh

İnzibati Xətalar Məcəlləsində yeni maddə - Cərimələr təsdiqləndi

29 İyn, 2020
11:39
7562

İnzibati Xətalar Məcəlləsində yeni maddə - Cərimələr təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimələr müzakirəyə çıxarılıb. 

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddənin əlavə olunması təklif edilir.

Nəzərdə tutulan maddənin pozulmasına görə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək, hüquqi şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Eyni hal inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olunarsa, bu zaman cərimə məbləğləri artırılır.

Bu zaman vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1500 manatdan 2500 manatadək cərimə tətbiq olunacağı təklif edilir.

“Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər müvafiq icra hakimiyyəti orqanının, məhkəmələrin və hüquq-mühafizə orqanlarının sorğularına üç iş günündən gec olmayaraq cavab verməlidir.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri