Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəbul imtahanları avqust ayı ərzində keçiriləcək - AÇIQLAMA + VİDEO
“Avqustun 13-14-ü qəbul imtahanları keçirilə bilər. Bu tarix də hələlik dəqiq deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır:
“Avqustda dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub”.
O qeyd edib ki, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
M.Abbaszadə əlavə edib ki, dövlət qulluğu ilə əlaqəli müəyyən müddətə təxirə salınan imtahanların da avqustun 1-dən 10-dək olması planlaşdırılır”.
İlhamə Əbülfət
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI
- İmtahan qrafiki nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI
- Tural Əhmədov: "TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib"
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
Rəylər