Avq
2020
09:26
50
174
2596
Virtual karabakh

Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib - FOTO

4 Avq, 2020
09:26
2596

Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejiminin qüvvədə olduğu Göygöl və Goranboy rayonlarında polis əməkdaşları tərəfindən koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda, o cümlədən, iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilib, onlar cərimələniblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri