Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DTX-nin saxladığı Eldar Həsənovun DOSYESİ
Məlum olduğu kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eldar Həsənovun tərcümeyi-halını təqdim edirik.
Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçın kəndində anadan olub.
O, 1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992-ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.
O, 1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun birinci müavini, 1995-2000 -ci illərdə isə Baş prokuror olub.
2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. Bundan başqa, o, eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutub.
Eldar Həsənov general-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.
Ailəlidir, üç övladı var.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi
- Ağdaşda atları və camışları oğurlayan iki nəfər tutulub
- Abşeronda doqquz nəfərdən 14 kiloqram narkotik aşkarlanıb
- Bakıda işıqforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Yataq otağında baş verən QƏTLİN TƏFƏRRÜATI: Qonşusu ilə intim münasibətdə olan evli qadın ÖLDÜRÜLDÜ
Rəylər