14 
Avq
2020
10:36
144
20
9544
Virtual karabakh

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

14 Avq, 2020
10:36
9544

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayonunun Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Oxu.Az xəbər verir ki, xidmətin rəis müavini Bəhruz Məhəmmədovun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3 000 manat məbləğində cərimə edilib. 

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası icbari olan “məcburi göstəriş” verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri