Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünya və Azərbaycanda yeni dərs ili necə olacaq? - VİDEOREPORTAJ
Artıq yeni dərs ilinin başlamasına az qalıb.
Baku TV bir sıra ölkələrdə dərs ilinə hazırlıqla bağlı kiçik araşdırma təqdim edib.
Türkiyədə yaşayan Samir İsgəndəroğlu qardaş ölkədə yeni dərs ilinin necə olacağı barədə məlumatlarını bölüşərək, Türkiyədə dərslər onlayn keçiriləcəyini bildirib.
Avropada isə məktəblərdə dərslərin onlayn keçirilməsi düşünülmür.
Məsələn, İtaliya hökuməti də distant təhsili sadəcə ali təhsil müəssisələrinə aid olduğunu bildirib.
Belçikanın Brüssel şəhərində yaşayan həmyerlimiz Aynur Bəşirova bu ölkədə sentyabr ayından dərslərin başlanacağını bildirir, lakin müəyyən edilmiş qaydalar gözlənilməklə.
Hətta yoluxma sayının xeyli yüksək olduğu Niderlandda da dərslərin normal qaydada açılacağı gözlənilir.
Əlbəttə, biz də yeni tədris ilinə hazırlaşırıq. Bizim də Təhsil institutumuz var ki, həm universitetlər, həm məktəblər, həm də bağçalar üçün yeni təkliflər irəli sürüb.
Ali təhsil müəssisələrinin distant rejimdə, bağçaların isə yalnız sarı zonada həftədə iki gün, üç saatlıq olmaqla dərs keçirilməsini təklif edilir. Məktəblərin fəaliyyətinin isə qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Ancaq məktəblərin açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxaracağı qeyd edilir.
Az öncə izlədiyimiz ölkələrin vəziyyəti ilə, öz vəziyyətimizi müqayisə etsək görərik ki, bizim yeni tədris ilinə müəyyən qayda və qanunlara, şərtlərə riayət etməklə, maska olsa belə dərsimizi distant yox, normal şəkildə keçmə üstünlüyümüz daha çoxdur.
"İtaliya" teqi üzrə xəbərlər
- 2025-ci il UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb
- İtaliyada xizək yolunda görünən canavar sürüsü turistləri qorxutdu
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
- İtaliyada dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası həyata keçirilib
Rəylər