Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
“Toylara icazə verilsə, bu, ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.
Onun sözlərinə görə, əksər şadlıq sarayları restoran kimi fəaliyyət göstərir:
“Həmin ictimai iaşə obyektlərində toylar olmasa da, onlar vətəndaşlara restoran kimi xidmət göstərir. Biz pandemiya dövründə şadlıq sarayları ilə əlaqələr qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var”.
O qeyd edib ki, toylara icazə verilən zaman bütün şadlıq sarayları ilə əvvəlcədən hazırlanan metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri keçirəcək.
İlhamə Əbülfət
"AQTA" teqi üzrə xəbərlər
- AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırıb
- "Halal" sertifikatlaşdırma Azərbaycanın BÜTÜN BÖLGƏLƏRİNİ əhatə edəcək - Şöbə müdirindən AÇIQLAMA
- "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb
- Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın
- Masazır sakinləri vahimədə: Həyətlərini QANLI SU basıb
Rəylər