15 
Dek
2020
14:36
834
32
16760
Virtual karabakh

Vətən Müharibəsinin tək şəhid xanımı ilə bağlı nazirlikdən addım - RƏSMİ + FOTO

15 Dek, 2020
14:36
16760

Vətən Müharibəsinin tək şəhid xanımı ilə bağlı nazirlikdən addım - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın ailəsi də sosial dəstəklə əhatə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailə ilə görüşüb, vəziyyəti ilə tanış olub və göstəriləcək dəstək istiqamətlərini müəyyən ediblər.

Ailə yeddi nəfərdən ibarətdir (Şəhidin iki övladı, anası, qardaşı, qardaşının yoldaşı və iki uşağı).  

Şəhidin anası və qardaşı işləyirlər, birgə əməkhaqları 800 manatdır. 

Ehtiyac meyarları nəzərə alınaraq və müraciət olunmasına texniki dəstək göstərilməklə, ailəyə aylıq 400 manat ünvanlı yardım təyin edilib. 

Şəhidin 9 və 12 yaşlarında iki övladı – Mərdan və Zəhra rəsmi olaraq artıq nənələrinin himayəsinə verilib. Bununla əlaqədar nənə qəyyum kimi aylıq müavinət (100 manat) alacaq. Habelə ailəyə birdəfəlik müavinət (300 manat) veriləcək.

Bununla yanaşı ailənin Prezidentin aylıq təqaüdü (300 manat), şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və s. xərclər üçün aylıq müavinətlə təmin edilməsi istiqamətində sənədləşmə işləri yekunlaşmaq üzrədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri