İyn
2021
13:21
50
387
6029
Virtual karabakh

Mina partlaması nəticəsində həlak olan icra nümayəndəsi dəfn olundu - YENİLƏNİB + FOTO

5 İyn, 2021
13:21
6029

Mina partlaması nəticəsində həlak olan icra nümayəndəsi dəfn olundu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev dəfn olunub.

Onun cənazəsi Göygöl rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:41

Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində bir qrup media nümayəndələri ilə birlikdə minaya düşərək dünyasını dəyişən Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu bu gün Göygöl rayonunda son mənzilə yola salınır.

Baku.ws-in verdiyi məlumata görə, mərhumla Göygöl rayonunda məskunlaşdığı Xasa Bağı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun yaxınları ilə yanaşı Kəlbəcər Rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri iştirak edir.

Arif Əliyev Göygöl rayon Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, Arif Əliyev ailəli və 3 uşaq atasıdır. Hadisə zamanı Arif Əliyevlə bərabər AZTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov da həyatını itirib, daha 4 nəfər isə yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri