Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti istifadəyə verildi
İyul ayında COVID-19 virusuna qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər. Bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.
Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.
Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.
“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə buradan tanış ola bilərsiniz.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
Rəylər