11 
Avq
2021
15:23
20
228
3632
Virtual karabakh

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

11 Avq, 2021
15:23
3632

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaksinlənmə əleyhinə “Əks göstəriş sertifikatı” müəyyən müddətlik veriləcək. Yəni xəstənin o vəziyyətdəki halı müayinə edilib, əks-göstəriş sertifikatı veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, xəstənin vəziyyəti yaxşılaşandan sonra peyvəndə dəvət ediləcək:

“Bildiyiniz kimi avqustun 9-dan etibarən bu sertifikatların alınması üçün müraciətlərə başlanılıb. İlkin olaraq poliklinikalarda məsələyə baxılır, dəyərləndirilir, sonda xəstə haqqında məlumatlar Səhiyyə Nazirliyinin tibbi komissiyasına göndərilir və yenidən dəyərləndirilir. Bu komissiya hələ işə başlamayıb. Əks göstəriş sertifikatı konkret xəstənin o durumdakı vəziyyətinin dəyişəcəyini nəzərə alaraq müəyyən müddətə veriləcək.

Onlar dinamik müşahidəyə götürüləcək. Düşünmürəm ki, hansısa şəxslərdə vaksinasiyaya birdəfəlik qadağa olsun. Olsa bu, çox az olacaq. Lakin böyük əksəriyyətə əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri