Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Təyyar Eyvazov: “Yeni yoluxanların 90 faizi peyvənd olunmayanlardır”
“Koronavirus (COVID-19) əleyhinə vaksinlərin tərkibində antibiotik olmadığı üçün peyvənd vurdurmaqdan çəkinməyin”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, koronavirusun yeni ştammlarının yoluxduruculuğu daha yüksəkdir:
“Yoluxma rəqəmlərinə baxsaq, bunu müşahidə edirik. Belə bir şəraitdə biz qaydalara mütləq riayət etməliyik. Hansı ölkələrdə ki, vaksinasiya yüksək səviyyədədir, orada yoluxma faktları olsa da, gündəlik ölüm faizi azdır.
Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Yaxın iki ay ərzində vaksin olunanların sayı artdıqca, onun verəcəyi effekti daha yaxşı müşahidə edəcəyik”.
O qeyd edib ki, Azərbaycanı əhatə edən ölkələrdə koronavirusla bağlı vəziyyət bizdən daha tez pisləşib:
“Ölkəmizdə vəziyyət hələ idarəolunandır. Lakin mənfi dinamikanın yaşanmasını istəmiriksə, ciddi olaraq qaydalara əməl etməliyik. Digər tərəfdən vaksinasiya prosesini bir qədər də sürətləndirməyə çalışmaq lazımdır.
Müəyyən qədər əhali kütləsi vaksinasiyaya cəlb olunandan sonra bunun effektivliyini müşahidə edəcəyik. Biz yoluxanlarla yanaşı, ölüm göstəricisini ötən ilin noyabr-dekabr ayları ilə müqayisə etsək, böyük fərqi görərik.
Ötən il 1 000-dən çox yoluxmada ölüm rəqəmləri daha yüksək idi. Xəstələrlə məşğul olan qurumların, həkimlərin yaydığı məlumatlarda da qeyd olunur ki, yeni yoluxanların 90 faizi peyvənd olunmayanlardır”.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
Rəylər