21 
Avq
2021
12:55
185
70
3490
Virtual karabakh

Aşura günü neçə nəfər qan verib? - AÇIQLAMA

21 Avq, 2021
12:55
3490

Aşura günü neçə nəfər qan verib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 19-da Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankı tərəfindən keçirilən qanvermə aksiyasında könüllülərin sayı məlum olub. 

Mərkəzi Qan Bankından Oxu.Az-a verilən məlumata görə, aksiyada 835 nəfər qan verib.

507 nəfər Bakı şəhərində, 328 nəfər isə regionlarda keçirilən aksiyada təşəbbüskar olub. 

Qeyd edək ki, qanvermə aksiyası Mərkəzi Qan Bankının Bakı şəhəri də daxil olmaqla, respublika üzrə səkkiz bölməsində təşkil edilib. Vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, qanvermə aksiyasında könüllü şəkildə iştirak edə bilərlər.

Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.

Aşura günü ilə bağlı Azərbaycanda qan veriləcək məntəqələrin siyahısını təqdim edirik.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri