Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sabiq icra başçısının ölüm səbəbi AÇIQLANDI - RƏSMİ
Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə doqquz il azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4 dərəcə olması səbəbindən zəruri müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə edilib.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
"Ağstafa" teqi üzrə xəbərlər
- Ağstafada minik avtomobili aşıb: Xəsarət alan var
- Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər - Ağır ittihamlar var
- Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
- Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
- Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər