Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
“Çörəkçi” zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb.
Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov Oxu.Az-ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib.
O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasını Baş nazir Əli Əsədovun imzaladığı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilməsi barədə qərarla əlaqələndirib.
17:34
Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.
Bu barədə Oxu.Az-a “Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.
O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.
“Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.
Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.
Səbuhi Musayev
"Əli Əsədov" teqi üzrə xəbərlər
- TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi
- "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilib
- Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
- Nazirlər Kabineti hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi haqqında qərar verib
- Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
Rəylər