Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 16 radələrində metronun "Əhmədli" stansiyasının qarşısında qeydə alınıb.
Məlumata görə, qəza zamanı BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər həyatını itirib.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Qaynar xətt:
(055) 224 12 12