Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn "Opel" markalı avtomobil ona çırpılıb.
Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar.
Hadisə nəticəsində iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Qəza səbəbindən prospektdə nəqliyyat sıxlığı yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.