Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“O kimdir?”: Telefon işığı ilə əsgərləri əməliyyat edən həkim nələr danışdı? - VİDEO
Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti qonağı anestezioloq-reanimatoloq Kəmalə Namazovadır.
Vətən müharibəsində könüllü olaraq Füzulinin Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzində yaralılara kömək edən həkim peşə borcunu yerinə yetirərkən şahidi olduğu hadisələrdən danışıb.
Həyata qaytardığı yaralılardan danışan Kəmalə Namazovanın sözlərinə görə, xəstəxanaya çatanda ilk tibbi müdaxilə etdiyi xəstə qapı qonşusu olub.
“Təhlükəsizlik məqsədi ilə xəstəxananın işıqları söndürülürdü. Reanimasiya şöbəsində adətən telefon işıqları ilə işləyirdik”, - deyə həkim qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
Rəylər