24 
Okt
2021
10:51
730
17
1825
Virtual karabakh

Doğum günü olan şəhidimiz - FOTO

24 Okt, 2021
10:51
1825

Doğum günü olan şəhidimiz - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi şəhidlərindən bir nəfərin doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Əsgər Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 №-li tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 saylı Bakı Peşə Məktəbində 2 il davam etdirib.

2019-cu il oktyabr ayının 22-də hərbi xidmətə gedib. Goranboy rayonunun Ballıqaya kəndində “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutub.

Xidmətini bir müddət orada, sonra isə Tərtər rayonunun Sarov kəndində davam etdirib. Daha sonra yenidən Goranboy rayonuna qayıdıb. Goranboy rayonu Tapqaraqoyunlu kəndində “N” saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarında iştirak edib.

Azərbaycan Ordusunun əsgəri Bəhruz Əliyev 2020-ci il sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edib, yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına köməklik edib.

Son dəfə yaralı əsgərimizi xilas edib döyüşə qayıdanda düşmənin atdığı minamyotun qəlpələri sağ ayağını ağır yaralayıb. Sentyabrın 28-i hospitala çatdırılarkən kəskin qanitirmədən Tərtər rayonu ərazisində yolda şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Bəhruz Elman oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri