26 
Okt
2021
10:05
16
261
8123
Virtual karabakh

Bakıda TIR ağır qəza törətdi - YENİLƏNİB + VİDEO

26 Okt, 2021
10:05
8123

Bakıda TIR ağır qəza törətdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda TIR-ın qəzaya düşməsi nəticəsində ölən yoxdur.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Məlumat verib. O bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

“Lökbatan qəsəbəsində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən maneəyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilib. Hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə barədə araşdırılma aparılır, yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

09:55

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində baş verib. 

Belə ki, hərəkətdə olan ağır tonnajlı yük avtomobili (TIR) Qaradağ Rayon Baş Polis İdarəsinin yaxınlığında yol kənarındakı obyektə çırpılıb. 

İlkin məlumatlara görə, xəsarət alanlar var.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri