Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UNESCO-nun xoşməramlı səfirindən təhsillə bağlı çağırış
“Qlobal Bakı Forumunda iştirakdan qürurlanıram. Bu forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaratdı”.
Oxu.Az bildirir ki, bunu UNESCO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannis VIII Qlobal Bakı Forumu çərçivəsində “Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zamanı deyib.
O söyləyib ki, təmsil etdiyi təşkilat insan hüquqlarının pozuntusu ilə bağlı olan məsələləri həll edir:
“Hər bir insan cinsindən və irqindən asılı olmayaraq, hörmətə layiqdir. Sabitliyə, ədalətə çıxış təhsilə investisiyadan başlayır. Cəmiyyətdə hər bir şəxsin təhsilə əlçatanlığı olmalıdır”.
Pandemiyaya qarşı mübarizdə birgə səylərin əhəmiyyətindən də danışan M.Vardinoyannis vaksinasiyann gücləndirilməsinin vacibliyini qeyd edib:
“Biz bütün səylərimizi birləşdirib pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.