Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Generaldan açıqlama: “Zəngəzur dəhlizinin açılmasını təmin edəcəyik” - VİDEO
“Sözsüz ki, bu gün işğaldan azad edilmiş ərazilərdə olarkən, döyüş yolu ilə keçdiyimiz yerləri görərkən xatirələr canlanır. Hər bir şəhidimiz xatirəmizdədir. Allah şəhidlərimizə rəhmət eləsin. Bu bir tarixdir. Ömür boyu yaddaşımda qalacaq”.
Bu sözləri İTV-də yayımlanan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Görünməyən qəhrəmanlar” sənədli filmində Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyev deyib:
“Bilirdim ki, verilən tapşırıq tərəfimdən 100 faiz icra olunacaq. Çünki qarşımdakı komandirlərin hazırlığını və onların bu tapşırığı icra etmək üçün nələrə qadir olduğunu əvvəldən bilirdim. Elə bir hal olmayıb ki, verdiyim əmrin icra edilməməsi barədə kimsə mənə məruzə etsin.
Əminəm ki, bundan sonra qarşımıza qoyulacaq hər bir tapşırığı, Zəngəzur dəhlizi açılması və sairənin təmin edilməsi üzrə zəruri tədbirlər görmək imkanındayıq və görəcəyik”.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- "Gənclər və türk dünyası mədəniyyəti" adlı tədbir keçirilib
- Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər TƏXİRƏ SALINDI
- Səfəvilər dövrünə aid 14 nadir xalça Bakıda ilk dəfə nümayiş etdirilib
- Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyin olunub
- Pərvin Kazımov rəis vəzifəsindən azad edildi
Rəylər