16 
İyn
2022
15:36
46
244
6815
Virtual karabakh

Ağstafada musiqiyə görə qadınlar arasında dava düşdü: Bir-birini dəyənəklə vurub yerdə sürüdülər - VİDEO

16 İyn, 2022
15:36
6815

Ağstafada musiqiyə görə qadınlar arasında dava düşdü: Bir-birini dəyənəklə vurub yerdə sürüdülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda qonşular arasında dava baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində baş verib. 

Belə ki, iki qonşu arasında davaya səbəb qəsəbə sakinlərindən biri Nazilə Hüseynovanın yüksək səslə musiqiyə qulaq asması olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülmələri barədə müraciət ediblər:

“Eyni zamanda, müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri, təhqir olunmaları barədə məlumat veriblər.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə, hadisəyə N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri