22 
May
2023
18:12
83
9
963
Virtual karabakh

Küçədə tanışını bıçaqlayan şəxsə cəza verildi

22 May, 2023
18:12
963

Küçədə tanışını bıçaqlayan şəxsə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Rəvan İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il aprelin 6-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Rəvan İsmayılov küçədə münaqişə zəminində tanışı Elgiz Feyzullayevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

R.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri