Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Umayra Tağıyeva: “May ayında ölkəmizdə beş sel hadisəsi qeydə alınıb” - FOTO
“May ayında ölkəmizdə beş sel hadisəsi qeydə alınıb”.
Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan ərazisində 12 sel hadisəsi olub:
“Ölkəmizdə 1966-2001-ci ilə qədər ölkədə sel-daşqın hadisələrinin sayı üç-beş olub. Bir regionda yağıntıların düşməsi, digərində isə olmaması iqlim dəyişikliyindən xəbər verir. Məsələn, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir, yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var”, - deyə nazir müavini əlavə edib.
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət