Sumqayıtda qonşular arasında ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.
Hadisə şahidi olan qonşunun sözlərinə görə, mübahisənin səbəbi qonşulardan birinin maşınının cızılması olub: “Əvvəllər mübahisələri olmayıb, yaxşı qonşu olublar”.
Daha ətraflı Baku TV-nin süjetində:
12:56
Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
Lent.az məlumat verir ki, hadisə “Xəzər bağları” yaşayış kompleksində baş verib.
53 yaşlı Ələmşad Havarxan oğlu Əliyev qonşusu ilə mübahisə edib. Münaqişə zəminində özünü pis hiss edən Ə.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, kişi ürək tutmasından ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.