Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkilərinin ayrı-ayrı şəxslər, ofis sahibləri tərəfindən zəbt olunması ilə bağlı heç bir tədbir görülməyəcək.
Bir neçə gün əvvəl bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğuya aldığımız cavabdan belə nəticə hasil olur.
:640.jpg)
Belə ki, rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə yaşanan çətinlik bərpa edilə bilməz:
“Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış obyektlərinin pilləkənləri və giriş qapıları küçənin səki hissəsinə çıxarılıb. Həmin obyektlər 30-40 il əvvəl fəaliyyət göstərib və hər birinin texniki pasportu, şəxsi mülkiyyətdə olması aşkarlanıb. Bunun üçün həmin giriş qapılarının bağlanması qeyri-mümkündür”.
:640.jpg)
Qeyd edək ki, Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkiləri ayrı-ayrı şəxslər, ofis sahibləri tərəfindən tutulub. Nəticədə həmin səkilərlə təhlükəli şəkildə hərəkət etməyə məcbur qalan piyadalar böyük çətinliklərlə üzləşirlər.
:640.jpg)
Səkilər zəbt olunduğu üçün piyadalar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, bu da həm onların həyatı, həm də sürücülər üçün təhlükə yaradır.
:640.jpg)
İlhamə Əbülfət