Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həkim dönərdən zəhərlənən şagirdlərə qoyulan diaqnozu açıqladı
“Xəstələrə qoyulan ilkin diaqnoz mədə-bağırsaq pozğunluğudur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin direktor müavini İlahə Şükürova deyib.
Onun sözlərinə görə, 24 oktyabr tarixində saat 18:00-dan ümumi halsızlıq, mədə bulantısı şikayətləri ilə 23 nəfərin müraciəti daxil olub:
“22 nəfər təcili yardım avtomobili ilə xəstəxanaya gətirilib. Bir nəfər valideyn tərəfindən gətirilib. Xəstələrin vəziyyəti stabildir. İlkin diaqnoz mədə-bağırsaq pozğunluğudur. Xəstələrdən nümunələr götürülüb. Həyati təhlükəsi olan xəstə yoxdur”.
Nəzrin Vahid
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər