Polşa “Yastşembe”sinin yarımmüdafişəçisi Patrik Skoreçki “Xoyniçanka” ilə çempionat görüşü zamanı komanda yoldaşı ilə yaranan qarşıdurmadan sonra meydandan qovulub.
Oxu.Az xəbər verir ki, xoşagəlməz hadisə oyunun sonunda baş verib. Hesab 0:0 olarkən Skoreçki həmklublusu Matsey Spixala ilə mübahisə edib və onu itələyib.
Referi bunu qeyri-idman hərəkəti kimi dəyərləndirib və yarımmüdafiəçiyə “sarı vərəqə” göstərib. Skoreçki daha öncə də xəbərdarlıq aldığı üçün meydanı tərk etməli olub.
Oyun isə qolsuz bərabərliklə yekunlaşıb.
Polşa çempionatında qeyri-adi hadisə - VİDEO
Rəylər