31 
Avq
2018
16:45
332
35
13836
Virtual karabakh

“Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu

31 Avq, 2018
16:45
13836

“Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan çempionu “Qarabağ” dünən “Şerif” üzərində qələbə qazanıb qrupa düşməklə büdcəsini zənginləşdirib.

Oxu.Az xəbər verir ki, Ağdam klubu qrupa düşdüyü üçün 2 milyon 920 min avro (5 milyon 799 min 828 manat) qazanıb.

Qurban Qurbanovun komandası qrupda qazanacağı hər qələbəyə görə 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avro olacaq.

Qeyd edək ki, “Qarabağ” artıq dördüncü dəfədir ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının qrupunu da bu sıraya qatsaq, ardıcıl beşinci dəfə biz Ağdam klubunu həlledici mərhələdə görürük.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri