Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə medalsız qaldıq.
Oxu.Az xəbər verir ki, Kəramət Hüseynov KXDR idmançısını ipponla məğlub edib.
Lakin o, bürünc medal uğrunda görüşdə Orxan Səfərova da qalib gəlmiş gürcü Amiran Papinaşviliyə vazari balı hesabına uduzub.
Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionumuz Elnur Məmmədlinin bacısı oğludur.
14:35
Bakıda cüdo üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə üç idmançımız mübarizə aparıb.
Qadınlarda Aişə Qurbanlı (48 kq) və kişilərdə Orxan Səfərov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində yarışan digər idmançımız Kəramət Hüseynov isə yalnız 1/4 finalda büdrəyib.
O, saat 16:00-da başlayacaq axşam proqramında təsəlliverici yarışlara qatılacaq. Onun rəqibi KXDR idmançısı Yonq Qvan Kim olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər