30 
Okt
2018
15:12
93
24
3226
Virtual karabakh

Millimiz “Böyük Dəbilqə”dən üç medalla qayıdır - FOTO

30 Okt, 2018
15:12
3226

Millimiz “Böyük Dəbilqə”dən üç medalla qayıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) beynəlxalq turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, mükafat fondu 154 min dollar olan mötəbər turnirdə mübarizə aparan Azərbaycan millisinin üç üzvü medal qazanıb.

“Böyük Dəbilqə”də ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Bu çəkidə mükafata layiq yer tutan cüdoçulara medalları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

Məhəmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qüvvəsini sınadığı Əbu-Dabi turnirində Azərbaycan millisi səkkiz cüdoçu ilə təmsil olunub.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri