Fransa Liqasının XVI turunda “Bordo” – “Sent-Etyen” qarşılaşmasında maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, görüşün 75-ci dəqiqəsində “Bordo”nun oyunçusu Yunus Sankare birbaşa qırmızı vərəqə alıb.
Oyunçu sahəni tərk edib soyunma otağına getsə də, VAR sistemi zamanı onun etdiyi kobudluğun birbaşa qırmızı vərəqəyə səbəb olmadığı müəyyənləşib. Bu üzdən o geri çağrılıb və cəzası dəyişdirilib. Oyunun hakimi Klement Turpin ona sarı vərəqə verildiyini bildirib və yenidən meydana buraxıb.
Qeyd edək ki, oyun “Bordo”nun 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Oxu.Az yeniləndi!