Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vaqif Sadıqov: Yeni baş məşqçinin adı ilin sonuna qədər açıqlana bilər
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçi postuna namizədin adına ilin sonunadək aydınlıq gətiriləcəyi istisna deyil.
Oxu.Az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında Azərbaycan Futbol Federasiyası Assosasiyasının (AFFA) məşqçilər komitəsinin sədri Vaqif Sadıqov deyib.
Onun sözlərinə görə, Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlər daha çoxdur.
“KİV-lərdə yayılan məlumatlar Azərbaycanda işləyən futbol agentləri tərəfindən verilir. Buna görə istisna etmirəm ki, namizədlər sırasına başqa mütəxəssislərin də adları daxil ediləcək.
İstənilən halda, namizədlərin dairəsi indi kifayət qədər genişdir. Hazırda məlumatların yığılması gedir. Siyahı günbəgün genişlənə bilər”, - V.Sadıqov qeyd edib.
Oxu.Az yeniləndi!