16 
Yan
2019
11:36
79
23
3757
Virtual karabakh

“Beşiktaş”ın futbolçusu London klubunda

16 Yan, 2019
11:36
3757

“Beşiktaş”ın futbolçusu London klubunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Beşiktaş” klubu ilə mövsümün sonunda müqaviləsi bitəcək Rayan Babel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 32 yaşlı hollandiyalı vinger Premyer Liqada sonuncu pillələrdə qərarlaşmış “Fulhem”ə keçib. 

London klubu futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Hollandiya millisinin üzvü olan Babel yeni klubunda ilk fikirlərini bildirib: 

“İlk təəssüratlarım yaxşıdır. Çox həyəcanlıyam. Tamamilə inamım var ki, “Fulhem” turnir cədvəlində yuxarı pillələrə qalxa biləcək. Burada olmağımın səbəblərindən biri də budur. Oynamağa hazıram və artıq həyəcandan bunu gözləyə bilmirəm”.

Qeyd edək ki, Babel 2017-ci ilin qış transfer dönəmində İspaniyanın “Deportivo” klubundan “Beşiktaş”a bağladığı 2,5 illik müqavilə ilə keçib. Bu futbolçunun ən yaxşı karyerası da məhz iki il oynadığı İstanbul klubunda olub. Belə ki, o, “Beşiktaş”da 89 oyuna 29 qol vurub, 12 assist edib.

Onu da bildirək ki, Rayan Babel üçün İngiltərə Premyer Liqası yeni çempionat olmayacaq. O, 2007-2011-ci illərdə “Liverpul”dakı çıxışı ilə tanınıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri