16 
Yan
2019
17:16
116
42
5316
Virtual karabakh

“Arsenal” Özili İtaliya klublarına təklif edib

16 Yan, 2019
17:16
5316

“Arsenal” Özili İtaliya klublarına təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal”ın ispaniyalı baş məşqçisi Unai Emeri bu ay yarımmüdafiəçi Mesut Özili satmağı planlaşdırır.

Oxu.Az TMW-yə istinadən xəbər verir ki, “topçular”ın çalışdırıcısı 30 yaşlı yarımmüdafiəçini “İnter”ə və “Yuventus”a təklif edib.

Qeyd edək ki, hər iki A Seriyası klubu daha əvvəl Özillə maraqlanıb və güman ki, “Arsenal”ın təklifini nəzərdən keçirəcəklər.

M.Özil bu mövsüm İngiltərə premyer liqasında “topçular”ın heyətində 12 oyun keçirib və üç qola imza atıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri